Xəzərdə partlayıcı vasitələrdən istifadə etdilər
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən keçirilmiş rejim tədbirləri zamanı 10, 12 və 13 iyun 2023-cü il tarixlərində sərhəd gəmisi tərəfindən Böyük Tava, Kiçik Tava, Çurka, Yal, Dardanel, Qarasu, Gil, Xərə-Zirə, Daşsız, Adsız adaları, həmçinin Kumani və Kornilov-Pavlov bankalarına baxış keçirilib. İyunun 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti ilə həyata keçirilən rejim tədbirləri nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda, Qaradağ reydində icazəsiz rejim sularına çıxan “ƏL-1431” bort nömrəli kiçikhəcmli üzmə vasitəsinin heyətində şübhəli hallar aşkar edilib. Həyata keçirilən rejim tədbirləri nəticəsində partlayıcı vasitələrdən istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olan Qaradağ rayon sakinləri Nuriyev Elman Bibiqulu oğlu, Dəmirov Mustafa Babahəsən oğlu və İskəndərov Şəhriyar Aydın oğlu saxlanılaraq Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)