Yollar buz bağlayacaq

# 14:24
6 yanvar 2023

Şuşa, Kəlbəcər və Laçının hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Havanın temperaturu gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

 

Yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı, lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2°-dək isti olacaq.

 

Yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 2-4° şaxta olacaq.

 

Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gecə 6-10°, gündüz 3-5° şaxta olacaq.

 

Şuşa, Kəlbəcər, Laçında - yanvarın 7-dən 8-nə keçən gecədən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-7° şaxta olacaq.

 

Yollar buz bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR