Zaqatalada DƏHŞƏT: Ağaclar aşdı, yolları su basdı

# 13:51
4 iyul 2022

Zaqatalada leysan yağışları və güclü külək bir sıra fəsadlar törədib.

APA TV-nin məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinin rayonlarında qeyri sabit hava şəraiti hökm sürüb. Qeyri-sabit hava şəraiti bölgədə daha çox Zaqatala rayonu ərazisində özünü göstərib.

Belə ki, rayonun dağlıq ərazilərinə yağan leysan yağışları nəticəsində çaylarda suyun səviyyəsi kəskin artıb. Rayonun Yuxarı Çardaqlar, Muxax, Qımır, Bazar və Çobankol, Mamrıx, Bəhmətli və Lahıc kəndlərinin ərazisinə yağan leysan yağışları nəticəsində ümumilikdə 200-ə yaxın evin həyətyanı sahəsini su basıb.

Bundan başqa, həyətyanı sahələrdəki təsərrüfatlara və əkin sahələrinə ziyan dəyib. Güclü külək səbəbindən rayon ərazisində bir neçə yerdə iri gövdəli ağaclar aşıb. Nəticədə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda nəqliyyatın hərəkətində bir-neçə saat çətinlik yaranıb. Aidiyyəti qurumlar magistral yolda təmizlik işləri aparandan sonra hərəkət yenidən bərpa edilib.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

 

Vüqar Heydərov,

Əhməd Fərruxoğlu,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR