Zəngilan hava limanına texniki uçuş yerinə yetirildi
Bu gün “Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi Airbus A340-500 ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirmiş və Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş ikinci hava limanıdır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib