Tatarıstan Azərbaycana taxıl və un ixrac edə bilər

Tatarıstan Azərbaycana taxıl və un ixrac edə bilər
# 14 avqust 2008 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Tatarıstan Respublikası (Rusiya) Azərbaycana yüksək keyfiyyətli taxıl, taxıl toxumları və un ixrac edə bilər. «APA-Economics»in məlumatına görə, bunu Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripov bildirib.
N.Zaripovun sözlərinə görə, Tatarıstan ildə 5 mln. ton, Azərbaycan isə 2,5 mln. ton taxıl istehsal edir: «Azərbaycanın tələbatı daha çox olduğundan biz taxıl, yüksək keyfiyyətli toxum və unun ixracına başlaya bilərik. Hər şey Azərbaycandan asılıdır».
Qeyd edək ki, Rusiya hökuməti ölkədən taxılın ixracına tətbiq edilən bütün məhdudiyyətləri bu ilin iyul ayının 1-dən aradan qaldırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR