Bank Of Baku

Azərbaycanın ən iri broyler müəssisəsi yaxın günlərdə fəaliyyətini tam dayandıracaq

Azərbaycanın ən iri broyler müəssisəsi yaxın günlərdə fəaliyyətini tam dayandıracaq
# 01 noyabr 2008 09:50 (UTC +04:00)
A.Vəliyevin sözlərinə görə, artıq fəaliyyətini məhdudlaşdıran müəssisə yaxın 10 gün ərzində işini tam dayandıracaq. Müəssisə bununla bağlı yaxın günlərdə Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fonduna məlumat verəcək.
A.Vəliyevin sözlərinə görə, müəssisənin bağlanılması maddi imkanların azalması ilə bağlıdır: «Artıq yem, yem əlavələri, damazlıq yumurta ala bilmirik. İndi inkubatorda olan quşların böyüməsini gözləyirik. Artıq 15-20 min cücə qalıb. Onlar da böyüdükdən sonra fəaliyyətimizi tamam dayandıracağıq».
A.Vəliyev bildirib ki, Azərbaycanın ilk broyler müəssisəsi olan «Mərdəkan Broyler» əvvəllər ildə 2,5-3 min ton quş əti istehsal edib.
Qeyd edək ki, 1964-cü ildə tikilən «Mərdəkan Broyler» 1998-ci ildə ASC-yə çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR