Bank Of Baku

Azərbaycan hökuməti yerli quşçuluq müəssisələrinə güzəştlərin verilməsi məsələsinə baxacaq

Azərbaycan hökuməti yerli quşçuluq müəssisələrinə güzəştlərin verilməsi məsələsinə baxacaq
# 01 noyabr 2008 10:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Nazirlər Kabinetini yaxın vaxtlarda yerli quşçuluq müəssisələrinə güzəştlərin verilməsi məsələsinə baxacaq.
Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev «APA-Economics»ə açıqlamasında bildirib ki, hökumətə quşçuluq müəssisələri üçün yem, yem əlavələri, damazlıq yumurta və quşçuluğun inkişafı üçün lazın olan idxal avadanlığının ƏDV-dən azad edilməsi və xarici ölkələrdən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyətin qoyulması təklif edilib. Artıq İqtisadi İnkişaf, Vergilər və Kənd Təsərrüfatı nazirlikləri quşçuluğun inkişafına yardım edilməsi barədə müsbət rəy verib.
A.Vəliyev bildirib ki, hazırda Azərbaycana Braziliya, Türkiyə, İran, Polşa və digər ölkələrdən ildə 25-30 min ton quş əti gətirilir. Azərbaycanda isə ildə təqribən 40 min ton quş əti istehsal edilir. Cəmiyyət sədri hesab edir ki, təklif etdikləri güzəştlər təsdiqlənərsə, ölkədə yerli quşçuluq müəssisələri inkişaf edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR