Azərbaycan Britaniyanın sudan səmərəli istifadə təcrübəsini öyrənəcək

Azərbaycan Britaniyanın sudan səmərəli istifadə təcrübəsini öyrənəcək
# 07 dekabr 2023 16:20 (UTC +04:00)

Birləşmiş Krallıq Azərbaycana su və torpaq ehtiyatlarının effektiv və səmərəli idarə edilməsi üzrə təcrübəsini təqdim edəcək.

Bu barədə “APA-Economics” Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokoluna istinadən xəbər verir.

Bundan başqa, protokolda torpaq analizi, tədarük zənciri məlumatlarının idarə edilməsi, gübrə-pestisidlərin istifadəsi, suvarma və pilotsuz uçuş aparatları (UAV) və ağıllı təsərrüfatlar və bio və nanotexnologiyaların tətbiqi də daxil olmaqla sektorun davam edən müasirləşdirilməsini dəstəkləmək üçün aqrotexniki innovasiyalar sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi məsələləri də əksini tapıb.

Qeyd edək ki, dekabrın 7-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR