Azərbaycanda bu il tütün yığımı 12% artıb

Azərbaycanda bu il tütün yığımı 12% artıb
# 30 dekabr 2023 12:10 (UTC +04:00)

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2744.6 hektar sahədən 4170,4 ton tütün yarpağı yığılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% və ya 452.2 ton çoxdur.Belə ki, 2022-ci ilin müvafiq dövründə 2431 hektar sahədən 3718.2 ton tütün yarpağı yığılıb.

Qeyd edək ki, hesabat dövründə ən çox tütün yarpağı Şəki (2874 ton), Qax (415.7 ton), Zaqatala (365.2 ton) və Oğuz (187.8 ton) rayonlarından yığılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR