Bank Of Baku

Azərbaycanda ilk dəfə torpaq konsolidasiyası tədbirləri həyata keçiriləcək

Azərbaycanda ilk dəfə torpaq konsolidasiyası tədbirləri həyata keçiriləcək
# 04 iyun 2026 10:48 (UTC +04:00)

Azərbaycanda ilk dəfə olaraq torpaq konsolidasiyası tədbirləri həyata keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və daha səmərəli istifadəsinin təmin olunması məqsədilə torpaq konsolidasiyası nəzərdə tutulub.

Nazir müavini bildirib ki, layihə çərçivəsində ayrı-ayrı və parçalanmış torpaq sahələrinin daha səmərəli idarə olunması üçün onların birləşdirilməsi və vahid təsərrüfat sahələrinin formalaşdırılması planlaşdırılır.

Zaur Əliyev qeyd edib ki, proqramın ilkin mərhələsində bu tədbirlər 20 min hektar ərazini əhatə edəcək.

Onun sözlərinə görə, torpaq konsolidasiyası ilə paralel olaraq həmin ərazilərdə təsərrüfatdaxili suvarma şəbəkələri yenilənəcək, torpaq sahələrinin yollara və suvarma infrastrukturuna çıxışı təmin ediləcək.

Nazir müavini əlavə edib ki, layihənin icrasında beynəlxalq təşkilatların da iştirakı nəzərdə tutulur və qabaqcıl beynəlxalq təcrübədən istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR