Azərbaycanda şəkər çuğundurunun məhsuldarlığı kəskin azalıb

Azərbaycanda şəkər çuğundurunun məhsuldarlığı kəskin azalıb
# 05 dekabr 2023 11:22 (UTC +04:00)

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2810 hektar sahədən 125 min ton şəkər çuğunduru yığılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.6% və ya 28 590 ton azalıb. 2022-ci ilin yanvar-oktyabr aylarında 2841 hektar sahədən 153 641 ton məhsul yığılıb.

Qeyd edək ki, bu dövrdə hər hektar sahədən 445 sentner şəkər çuğunduru yığılıb ki, bu son bir ildə 95 sentner, yaxud 21.3% az. Belə ki, 2022-ci ilin 10 ayında məhsuldarlıq hər hektar üçün 540 sentner təşkil edib.

Əlavə edək ki, hesabat dövründə ən çox şəkər çuğunduru Tovuz (54 266 ton), Hacıqabul (27 743 ton) və Yevlax (2126 ton) rayonlarından yığılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR