Azərbaycanın diri heyvan idxalına çəkdiyi xərc 55% artıb

Azərbaycanın diri heyvan idxalına çəkdiyi xərc 55% artıb
# 19 dekabr 2023 16:04 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 104 milyon 738 min dollar dəyərində diri heyvan idxal edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% və ya 37 milyon 196 min dollar artıb. Belə ki, 2022-ci ilin ilk 11 ayında Azərbaycana 67 milyon 542 min dollar dəyərində diri heyvan idxal edilib.

Xatırladaq ki, hesabat dövründə ölkəyə gətirilmiş diri heyvanların dəyəri ümumi idxalın 0.52% təşkil edib.

Bu dövrdə Azərbaycandan ixrac edilən diri heyvanların dəyəri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.2% azalaraq 588 min dollar təşkil edib.

Qeyd edək ki, ölkəyə gətirilən diri heyvanların əsas hissəsi Gürcüstan və Rusiya bazarlarından idxal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR