Paşha Bank
Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfədən çox artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfədən çox artıb
# 26 noyabr 2026 15:33 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard 188.74 milyon ABŞ dolları təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 5,7% çoxdur.

Bu dövr üzrə ixracın həcmi 27 milyard 920.73 milyon dollar, idxalın həcmi isə 15 milyard 268 milyon dollara bərabər olub.

Hesabat dövründə xarici ticarətin müsbət saldosu isə 12 milyard 652.73 milyon dollar təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR