Paşha Bank
Bank Of Baku

Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb

Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
# 27 noyabr 2026 16:27 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitəsinin gömrük nəzarətindən yayındırılması cəhdinin qarşısını alıblar.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Moskva-Bakı reysi ilə gələn Rusiya Federasiyası vətəndaşının baqaj və əl çantaları üzərində gömrük nəzarəti tətbiq edilib.

Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə edildiyindən vətəndaşa məxsus baqaj və əl çantaları gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı çantalardan gömrük orqanına bəyan edilməyən 5 adda 9900 həb və 250 iynədən ibarət dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR