UNİCEF-in regional direktoru: “Dünyadakı münaqişələr bəşəriyyəti geriyə atır”

UNİCEF-in regional direktoru: “Dünyadakı münaqişələr bəşəriyyəti geriyə atır”
# 20 noyabr 2017 15:10 (UTC +04:00)

"Dünyada hökm sürən münaqişələr uşaqların inkişafı, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq nöqteyi-nəzərindən bəşəriyyəti geriyə atır".

APA-nın xəbərinə görə, bunu ölkəmizdə səfərdə olan UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, xanım Əfşan Xan deyib.

Suriyanı misal çəkən Ə. Xan deyib ki, müharibəyə qədər bu ölkədə uşaqların 97 faizi ibtidai təhsil alırdı: "Münaqişə nəticəsində 5 milyon nəfər Suriyanı tərk edib. Bu da uşaqların təhsillə təminatına maneədir. Hər bir halda münaqişələrin həlli və müharibələrin dayandırılması səylərinə, eləcə də daxili inkişaf məsələlərinə doğru irəliləməkdə davam etməliyik".

Son illər ərzində dünyada miqrantların sayının artmasına toxunan A. Xan qeyd edib ki, son 2-3 il ərzində 1 milyon miqrant Avropaya üz tutub. O bildirib ki, Azərbaycan Asiya ilə Avropa arasında ticarət marşrutlarının kəsişməsində yerləşir: "Azərbaycanın digər ölkələrdən gələn insanların qayğısına qalma imkanlarını unutmuşuq. Azərbaycan xalqının qonaqpərvərliyini, ölkənin iqlimini də qeyd etmək olar. Karib dənizi ölkələrindən, digər ölkələrdən də bura gələ bilərlər. Azərbaycan bu baxımdan lazım olan təcrübə və imkanlara malikdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR