İranda baş vermiş helikopter qəzasında 8 nəfər xəsarət alıb

İranda baş vermiş helikopter qəzasında 8 nəfər xəsarət alıb
# 06 dekabr 2016 11:05 (UTC +04:00)

İranda baş vermiş helikopter qəzasında itkin düşmüş 8 sərnişin tapılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Qırmızı Aypara Cəmiyyətinin Tehran əyaləti üzrə nümayəndəliyinin rəsmisi Mürtəza Muradipur deyib. O bildirib ki, qəza zamanı müxtəlif xəsarətlər alan həmin şəxslər xəstəxanaya çatdırılıb.


Hadisə bu gün yerli vaxtla saat 11:40-da baş verib. Qəzaya uğramış helikopter “Pənha2” helikopter istehsalı şirkətinə məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR