Misir Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi həbs olunub

Misir Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi həbs olunub
# 23 yanvar 2018 13:57 (UTC +04:00)

Qahirədə Misir Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Sami Anan həbs olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, həbs qərarı barədə məlumat Misir ordusu komandanlığının S. Ananın ölkə qanunvericiliyini pozması ilə əlaqədar məsuliyyətə cəlb edilməsi bağlı bəyanatından sonra yayılıb.

Qeyd edək ki, S. Anan ötən şənbə prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcəyini elan edib. Misirdə prezident seçkiləri mart ayında keçiriləcək.

Misir ordusunun rəhbərliyi iddia edir ki, S. Ananın bəyanatında ordu ilə xalq arasında düşmənçiliyə səbəb olan elementlər yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR