Xələf Xələfov: "Bunlar beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkətlərdir"

Xələf Xələfov: "Bunlar beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkətlərdir"
# 27 dekabr 2016 10:23 (UTC +04:00)

"Ermənistan çalışır ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, məskunlaşdırma aparsın, xaricdə yaşayan erməniləri burada məskunlaşdırsın. Bunlar beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkətlərdir".

APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov İran şirkətinin Şuşada məscid təmiri aparması ilə bağlı separatçı rejimlə "müqavilə" bağlamasını şərh edərkən deyib.

Nazir müavini bildirib ki, beynəlxalq hüquq baxımından bu fəaliyyətlərin nəticəsi tanınmır.

"Ona görə də istənilən ölkə, fiziki və hüquqi şəxs tərəfindən işğal olunmuş ərazilərdəki fəaliyyətlər qeyri-qanunidir. Onlar Azərbaycan qanunları vasitəsi ilə o təqib oluna bilər. Bu, həssas məsələdir. Şirkətdirsə, sanksiyalar tətbiq oluna, fiziki şəxsdirsə, müəyyən məhdudiyyətlər qoyula, yaxud Azərbaycan qanunlarında nəzərdə tutulan tədbirlər görülə bilər. Azərbaycan beynəlxalq sərhədləri əməkdaşlıq etdiyi bütün dövlətlər tərəfindən tanınır və buna hörmət edilir. Biz öz hüquqlarımızı qoruyuruq. Dünya dövlətləri ilə təmaslarımızda və əməkdaşlığımızda bu məsələni diqqətə çatdırırıq.

Digər ölkələrin vətəndaşları və hüquqi şəxsləri belə qeyri qanuni fəaliyyətlə cəlb olunursa, biz onları bu məsələnin mümkün nəticələri barədə xəbərdar edirik. Çalışırıq ki, belə fəaliyyətlərdən çəkinsinlər. Bu, nəinki region, bütün ölkələrə aiddir. Ona görə də iqtisadi fəaliyyətlə əlaqədar münasibətləri tənzimləyəndə bu məsələləri xüsusi diqqətə çatdırırıq. İmzalanan sənədlərdə də əks tapır ki, işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyət həyata keçirilməsi, investisiya yatırılması yolverilməzdir. Həmin dövlətlər də Azərbaycan qarşısında öhdəlik götürür ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşacaqlar. Bunun çərçivəsində də şirkət və fiziki şəxslərini xəbərdar etməlidirlər. Bəzi şəxslər ola bilər ki, ölkənin xəbərdarlığına məhəl qoymur, amma onlar Azərbaycan qanunları çərçivəsində məsuliyyət daşıyırlar".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR