Fiber-optik genişzolaqlı şəbəkənin modernləşdirilməsinə 125 mln. manat tələb olunur

Fiber-optik genişzolaqlı şəbəkənin modernləşdirilməsinə 125 mln. manat tələb olunur
# 30 dekabr 2016 09:30 (UTC +04:00)

Azərbaycanda fiber-optik genişzolaqlı şəbəkənin modernləşdirilməsi üçün 2020-ci ilədək 125 mln. manat həcmində investisiya tələb olunacağı proqnozlaşdırılır. "APA-Economics" xəbər verir ki, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

Sənəddə qeyd edilib ki, bazarda azad rəqabət mühitinin formalaşdırılması və yüksək xüsusi çəkiyə malik iştirakçıların üstün mövqeyinin aradan qaldırılması nəticəsində özəl sektorun bu sahədə güclənməsi investisiya qoyuluşlarının əsas hissəsinin sahibkarlar tərəfindən həyata keçirilməsinə zəmin yaradacaq, bununla da dövlət büdcəsindən infrastruktur layihələrinə ayırmalar azalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR