Gürcüstan tranzit potensialından tam istifadə etmək niyyətindədir

Gürcüstan tranzit potensialından tam istifadə etmək niyyətindədir
# 14 avqust 2017 16:00 (UTC +04:00)

“Gürcüstanın əsas prioritetlərindən biri ölkənin tranzit potensialından tam istifadə etməkdir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan baş nazirinin I müavini, maliyyə naziri Dmitri Kumsişvili Çinlə ticarət və iqtisadi əməkdaşlığa dair seminarda deyib.

“Gürcüstan tarixən İpək yolunun bir hissəsi olub. Çindən Avropaya ən qısa yol Gürcüstandan keçir. Bu məsələdə tarixi rolumuzu artırmaq niyyətindəyik”, - deyə nazir vurğulayıb.

D. Kumsişvili Gürcüstanın Çinlə əməkdaşlığa böyük önəm verdiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR