Azərbaycanda əhalinin bank əmanətlərinin 90%-i paytaxtda cəmləşib

Azərbaycanda əhalinin bank əmanətlərinin 90%-i paytaxtda cəmləşib
# 03 yanvar 2020 14:31 (UTC +04:00)

2019-cu il dekabrın 1-nə əsasən, Azərbaycanda əhalidən cəlb olunan bank əmanətlərinin 90,4%-i və ya 7 847 494 min manatı Bakı şəhərinin payına düşüb.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əmanətlərin paytaxtda cəmləşməsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% bəndi azalıb.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə ilk üçlükdə Abşeron (254 831 min manat), Gəncə-Qazax (173 542 min manat) və Aran (153 026 min manat) iqtisadi rayonları qərarlaşıb.

Hesabata əsasən, paytaxtda əmanətlər üzrə orta faiz dərəcəsi 3,6% təşkil edib.

Əmanətlərin orta gəlirliyi ən yüksək 5,6% olmaqla, Abşeron iqtisadi rayonunda qeydə alınıb. Daha sonra 5,5% dərəcəsi ilə Quba-Xaçmaz, 5,4%-lə isə Lənkəran gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR