Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlı gənclərlə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlı gənclərlə görüşüb
# 15 noyabr 2017 10:08 (UTC +04:00)

Gürcüstanın Azərbaycandakı səfiri Dursun Həsənov Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının rəhbər və üzvləri ilə görüş keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər Təşkilatının sədri Nərgiz Əliyeva, “Borçalı-İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov, Tbilisi Dövlət Universitetinin Azərbaycanın Dostları Klubunun rəhbəri Leyla Əmrahova , digər təşkilartların nümayəndələri və tələbələr iştirak edib.

Səfir D. Həsənov gənclərə Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışaraq prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrindən söz açıb. O, Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza xüsusi qayğısından bəhs edib. Diplomat gənclərə müraciət edərək Azərbaycan səfirliyinin onların doğma evi olduğunu deyib: "Hər zaman sizi narahat edən məsələlərlə bağlı səfirliyin məsul əməkdaşları ilə görüşə bilərsiniz".

Sonra çıxış edən gənclər təşkilatlarının nümayəndələri görüşün təşkilinə görə Azərbaycan səfirinə minnətdarlıqlarını bildiriblər. Gənclər Azərbaycan dövlətinin, SOCAR-ın Gürcüstandakı gənclərin təhsilinə göstərdiyi dəstək və onları narahat edən məsələlərdən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR