Türkiyə ordusu Afrində 616 terrorçunu məhv edib

Türkiyə ordusu Afrində 616 terrorçunu məhv edib
# 29 yanvar 2018 20:29 (UTC +04:00)

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 44 obyekt dağıdılıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 616 terrorçu məhv edilib. Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR