Hesab.az istifadəçiləri artıq qazandıqları bonusları danışıq dəqiqələrinə dəyişə bilər

Hesab.az istifadəçiləri artıq qazandıqları bonusları danışıq dəqiqələrinə dəyişə bilər
# 25 iyun 2015 09:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az istifadəçilərinə daha bir yenilik təqdim edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu gündən etibarən Hesab.az istifadəçiləri qazandıqları bonuslarla hərraclarda iştirak etməklə yanaşı, həm də onları danışıq dəqiqələrinə dəyişə bilərlər.

Bunun üçün Hesab.az portalındakı şəxsi kabinetlərinə daxil olub, bonuslarının sayının qeyd olunduğu hissədə yaradılmış yeni keçidə giriş edərək, bonuslarını “Bakcell” danışıq dəqiqələrinə dəyişə bilərlər.

“Bakcell” abunəçiləri üçün 2000 bonus 1 danışıq dəqiqəsinə dəyişilir və dəqiqələr 3 gün ərzində istifadə edilməlidir. Qeyd edilən qayda şəbəkədaxili zənglərə aiddir. Eyni zamanda yalnız CİN abunəçiləri üçün nəzərdə tutulan bu xidmətdən tezliklə fakturalı xətt abunəçiləri də yararlana biləcəklər.

Bildirək ki, digər operatorların da yaxın zamanda bu xidmətə qoşulması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR