Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 05 fevral 2018 11:45 (UTC +04:00)

Şəmkirdə iki avtomobil toqquşub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 390-cı kilometrliyində, Şəmkirin Çinarlı kəndi ərazisində qeydə alınıb. Ricat Qafarovun idarə etdiyi “Toyota” markalı avtomobil Elçin Böyükkişiyevin idarə etdiyi “Volkswagen” markalı maşınla toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “Volkswagen”də olan sərnişin Əsgər Sadıqov yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR