“Bank Respublika”nın başqa şirkətlərdəki iştirak payı müzakirə ediləcək

“Bank Respublika”nın başqa şirkətlərdəki iştirak payı müzakirə ediləcək
# 24 fevral 2017 04:08 (UTC +04:00)
Martın 28-də “Bank Respublika”ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. “APA-Economics" verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilir.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- Müşahidə Şurasının tərkibi haqqında;
- Müşahidə Şurasının 3 yanvar 2017-ci il tarixində qəbul etdiyi qərarın müzakirəsi;
- Səhmdarların 30 noyabr 2016-cı il tarixli qərarına uyğun olaraq səhmlərin dövlət qeydiyyatına alınması ilə əlaqədar bəzi tədbirlərin görülməsi haqqında;
- Digər hüquqi şəxslərin nizamnamə kapitalında bankın iştirakı haqqında;
- Bankın nizamnaməsinin yeni redaksiyada təsdiq olunması haqqında.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR