Oktyabrda xarici valyutada yerləşdirilən əmanətlər artıb

Oktyabrda xarici valyutada yerləşdirilən əmanətlər artıb
# 02 dekabr 2016 13:28 (UTC +04:00)

2016-cı il noyabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 413,1 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 397,6 mln. manatı (18,85%) milli valyuta, 6 mlrd. 15,5 mln. manatı (81,15%) isə xarici valyuta ilə yerləşdirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 326,2 mln. manat və ya 18,9% azalıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 566,4 mln. manat və ya 10,4% artım var.

Bununla yanaşı, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda manatda olan əmanətlərin həcmi 28,4 mln. manat və ya 1,99%, xarici valyutada olan əmanətlərin həcmi isə 372,3 mln. manat və ya 5,83% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR