Mehriban Əliyeva Binədə yeni tikilən körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub

Mehriban Əliyeva Binədə yeni tikilən körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub
# 26 dekabr 2016 15:14 (UTC +04:00)

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində yeni istifadəyə verilən 343 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, M. Əliyeva körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib, məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olub.

Azərbaycanın birinci xanımına körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verilib. Bildirilib ki, yaşayış evlərinin sıx yerləşdiyi qəsəbənin bu hissəsində əvvəllər uşaq bağçası olmayıb. İkimərtəbəli körpələr evi-uşaq bağçası 140 uşaq yerlikdir və 7 qrupdan ibarətdir. Müəssisə uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz edilib.

Heydər Əliyev Fondunun prezidenti uşaq bağçası-körpələr evinin balaca sakinləri ilə görüşüb, onlarla söhbət edib, xatirə şəkli çəkdirib.

Körpələr evi-uşaq bağçası ilə tanış olan M. Əliyeva müəssisənin işinə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR