Bank Of Baku

Bayden: "İranla bağlı diplomatiya nəticə verməsə, ABŞ başqa tədbirlərə əl atacaq"

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Naftali Bennett

© APA | ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Naftali Bennett

# 28 avqust 2021 08:19 (UTC +04:00)

İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtması ilə bağlı diplomatik yanaşma nəticə verməsə, ABŞ başqa tədbirlər də görə bilər.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Naftali Bennettlə Ağ Evdəki görüşü zamanı bildirib.

Bayden qeyd edib ki, İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün planlar müzakirə olunur. O deyib ki, əgər İranla bağlı diplomatik yanaşma öz sözünü deməzsə, ABŞ-nin başqa tədbirləri də olacaq.

Öz növbəsində, Bennett də Tehrana qarşı diplomatiyanın işləməyəcəyi təqdirdə, başqa variantların tətbiqi ilə razılaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR