Böyük Səhraya qar yağıb

Böyük Səhraya qar yağıb
# 07 fevral 2018 00:47 (UTC +04:00)

Əlcəzairin şimal-qərbində, Böyük Səhrada yerləşən Ayn-Səfra şəhərinə bu il ikinci dəfə qar yağıb.

APA-nın “Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl səhranın bu hissəsinə qar bu ilin yanvarında yağmışdı.

Daha əvvəl isə Ayn-Səfra sakinləri qarı 1979-cu ilin fevralın 18-də müşahidə ediblər.

Səhranın bu hissəsində havanın temperaturu ilin bu vaxtında adətən 6-12 dərəcə təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR