Sergey Şoyqu: "Rusiya ilə Azərbaycan hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir"

Sergey Şoyqu: "Rusiya ilə Azərbaycan hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir"
# 30 noyabr 2016 12:29 (UTC +04:00)

"Rusiya və Azərbaycanın müdafiə nazirlikləri əməkdaşlığı genişləndirir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla keçirdiyi görüşdə bildirib.

O, iki ölkənin müdafiə nazirliklərinin azərbaycanlı hərbçilərin Rusiyanın hərbi təhsil müəssisələrində hazırlığı sahəsində əməkdaşlığı genişləndirdiyini söyləyib.

"Bizim 2016-cı ildə əlaqələrimiz plan üzrə inkişaf edib. İki ölkə arasında hərbi əməkdaşlıq planı yerinə yetirilib. Birlikdə 2017-ci il üçün əməkdaşlıq planı hazırlamışıq. Bundan sonra da hərbi əməkdaşlığı genişləndirəcəyik. Bu əməkdaşlığa qərargah danışıqları və təhsil aiddir. Əməkdaşlığa dair əlavə müddəlar təklif edəcəyik", - deyə Rusiya müdafiə naziri bildirib.

Qeyd edək ki, Azərbaycan və Rusiya müdafiə nazirləri arasında görüş Moskvada MDB ölkələri müdafiə nazirləri Şurasının iclası çərçivəsində keçirilib. Görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişafı müzakirə olunub. Nazirlər iki ölkənin müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR