Banklar və sığorta şirkətləri hesabatlılıq formalarını təkmilləşdirəcək

Banklar və sığorta şirkətləri hesabatlılıq formalarını təkmilləşdirəcək
# 03 oktyabr 2017 10:06 (UTC +04:00)

Maliyyə bazarları iştirakçıları tərəfindən ictimaiyyətə standartlaşmış hesabat formalarının təqdim edilməsi işlərinə cari ilin üçüncü rübündən başlanılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Sənəddə vurğulanıb ki, bu məqsədlə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) daxilində işçi qrup yaradılıb və qrup tərəfindən diaqnostika aparılır.

Paralel olaraq, işçi qrup tərəfindən hər bir sektor üzrə (bank, sığorta, qiymətli kağız) ictimaiyyətə açıqlanan hesabatlılıq üzrə beynəlxalq təcrübə araşdırılır. Araşdırma və diaqnostika nəticələrinə uyğun olaraq hesabatlılıq formalarının təkmilləşdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR