NATO gəmiləri Tallinə gəlib

NATO gəmiləri Tallinə gəlib
# 11 may 2018 03:25 (UTC +04:00)

NATO-ya məxsus bir qrup hərbi gəmisi Tallin limanına yan alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Estoniya Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Məlumata görə, NATO-nun hərbi gəmiləri 11-25 may tarixlərində Estoniya Hərbi-Dəniz Qüvvələrinin (HDQ) təşkil etdiyi “Open Spirit” təlimlərində iştirak edəcəklər.

“NATO-nun daimi qrupunun Estoniyada mövcudluğu bizi daha sıx əməkdaşlığa sövq edir. Budəfəki təlimlərdə qrupun qərargahına estoniyalı zabit rəhbərlik edəcək”, - deyə Estoniya HDQ komandanı Yuri Saska bildirib.

Qrupa 5 gəmi daxildir. Ümumilikdə təlimlərdə 800-dək dənizçi iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR