Kvirikaşvili: “Azərbaycan prezidenti ilə Davosda maraqlı danışıqlar apardıq”

Kvirikaşvili: “Azərbaycan prezidenti ilə Davosda maraqlı danışıqlar apardıq”
# 24 yanvar 2018 16:13 (UTC +04:00)

“Azərbaycan prezidenti İlham Əliyevlə gələcək layihələr barədə çox maraqlı danışıqlar apardıq”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosa səfərinin yekunlarına dair açıqlamasında deyib.

Baş nazir səfəri çox uğurlu və məhsuldar adlandırıb: “Biz konkret nəticələrə istiqamətlənmiş xüsusi görüşlər keçirdik. Panel müzakirələrdə bütün iştirakçılar Gürcüstanın əldə etdiyi inkişafı və bu tərəqqinin yalnız ölkə üçün deyil, region üçün də əhəmiyyətli olduğunu vurğuladılar”.

Qeyd edək ki, dünən Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili arasında görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR