Şirvan milli parkında ceyranlrı ceyranları oğurlayan və ovlayan 5 nəfər dəstə üzvü saxlanılıb

Şirvan milli parkında ceyranlrı ceyranları oğurlayan və ovlayan 5 nəfər dəstə üzvü saxlanılıb
# 26 dekabr 2016 12:19 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Milli Parkının ərazisində noyabr ayında “Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində növbəti dəfə ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübhələr yaranıb və Milli park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb.

Şirvan Milli Parkın direktor əvəzi Elşən Məcidov bildirdiyinə görə, tam dəqiq məlumat əldə etdikdən sonra bizə məlum oldu ki, Şirvan milli parkın ərazisində qanunsuz olaraq 1 baş diri ceyran parkın mühafizə yegeri Nəcəfov Səyyar Vəlixan oğlunun həyətyanı sahəsinə aparılmış və onun mal-qara tövləsində saxlanılır. Bu barədə Salyan rayon polis şöbəsinin əməkdaşlarına məlumat verilib.

Məlumat əsasında dekabrın 24-də polis şöbəsinin əməkdaşları Şirvan Milli parkının işçiləri ilə birlikdə əməliyyat tədbirləri həyata keçirib. Şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat zamanı Şirvan Milli Parkının əməkdaşları 1 baş ceyranı şərti alıcıya satarkən Salyan rayon polis əməkdaşları tərəfindən saxlanılıb.

Şirvan Milli parkında yeger vəzifəsində işləyən Salyan rayonu Şəkərli kənd sakini, Nəcəfov Səyyar Vəlixan oğlunun yaşadığı evin həyətindən 5 ədəd aşılanmış ceyran dərisi və 1 ədəd diri halda ceyran aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı Səyyar Nəcəfov bildirib ki, onda aşkar olunmuş ceyran dərilərini, diri halda olan ceyranı Milli parkın digər işçiləri Ağasıyev İntiqam İsmayıl oğlu və Rzayev İslam İrza oğlu ilə birlikdə qanunsuz olaraq ovlayıblar.

Həmin gün keçirilən əməliyyat tədbirləri nəticəsində parkın gözətçiləri İntiqam Ağasıyev və İslam Rzayev də şübhəli şəxs qismində saxlanılıb. Intiqam Ağasıyevin həyətyanı sahəsinə baxış keçirilən zaman tövlədə müxtəlif vaxtlarda ovlanmış və aşılanmış 5 ədəd ceyran dərisi, 5 ədəd ceyran buynuzu, İslam Rzayevin evindən isə qanusuz olaraq əldə edib özündə saxladığı cinayət aləti olan 1 ədəd 16 kalibirli qoşalülə ov tüfəngi aşkar edilib.

Həmin gün akt tərtib olunaraq ceyran balası Şirvan Milli parkına buraxılıb. Baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.

Polisinin bu gün keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsinda cinayətkar dəstənin daha iki üzvü saxlanılıb. Bunlar rayonun Bunlar Şirvan Milli parkının əməkdaşları Həsənli kənd sakinləri, Seyfəli Süleymanov və onun oğlu Şaiq Süleymanovdur. Həyətyanı sahədəki tövləyə baxış keçirilən zaman 2 baş diri ceyran, 3 ədəd ov tüfəngi, patronla dolu qətər aşkarlanıb. Saiq Süleymanov ceyranları Şirvan Milli parkın yeger mühafizəçisi Səyyar Nəcəfov saxlamaq üçün ona verdiyini deyir.

Polis əməkdaşları tərəfindən aşkarlanmış ov silahları və diri ceyranlar maddi sübut kimi götüülərək şöbəyə aparılıb. Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR