Marneuli meri silahlı insident zamanı yaralanmış azərbaycanlı bələdiyyə üzvünə baş çəkib

Marneuli meri silahlı insident zamanı yaralanmış azərbaycanlı bələdiyyə üzvünə baş çəkib
# 27 oktyabr 2017 14:09 (UTC +04:00)

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun yeni icra başçısı Temur Abazov silahlı insident zamanı yaralanmış Ceyhun Çovdarovun müalicə aldığı xəstəxanaya baş çəkib.

APA-nın yerli bürosunun məlumatına görə, xəstəxananın baş həkimi T. Abazovu C. Çovdarovun sağlamlıq durumu barədə məlumatlandırıb.

Bildirilib ki, C. Çovdarovun vəziyyəti yaxşılaşıb. O, süni tənəffüs aparatından ayrılsa da, reanimasiyada intensiv müalicə altındadır.

Xatırladaq ki, oktyabrın 19-da gecə saatlarında Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş silahlı insident zamanı hakim “Gürcü Arzusu” partiyasının bələdiyyə deputatlığına namizədi C. Çovdarovla yanaşı, onu müşayiət edən 4 nəfər yaralanıb. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir. C. Çovdarov oktyabrın 21-də keçirilmiş yerli seçkilərdə 80,89 faiz səs çoxluğu ilə Marneuli bələdiyyəsinə üzv seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR