Azərbaycan prezidenti "Smart Africa" təşəbbüsünün icraçı direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti "Smart Africa" təşəbbüsünün icraçı direktorunu qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 01 fevral 2018 09:56 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Smart Africa” Təşəbbüsünün icraçı direktoru Hamadoun Toureni qəbul edib.

APA-nın məlumatına görə, Hamadoun Toure sonuncu dəfə 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi olarkən “Bakutel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak etmək üçün ölkəmizə səfərini məmnunluqla xatırlayıb.

22 Afrika ölkəsinin üzv olduğu və 12 Afrika ölkəsinin dövlət başçısının idarə heyətinə daxil olduğu “Smart Africa” Təşəbbüsü və onun fəaliyyəti haqqında məlumat verən Hamadoun Toure Təşəbbüsün Afrika qitəsi üçün vahid rəqəmsal platformanın yaradılması işində vacib rol oynadığını, işlərin artıq yaxşı nəticələr verdiyini, həmçinin layihələrdə peyk texnologiyalarının tətbiqi istiqamətində “Azərkosmos” ASC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə “Smart Africa” Təşəbbüsü arasında gələcək əməkdaşlığı dəstəklədiyini və bu sahədə istiqamətlərin müəyyənləşdirilməsinin önəmini vurğulayıb.

*** 10.32

Prezident İlham Əliyev fevralın 1-də "Smart Africa" şirkətinin icraçı direktoru Hamadoun Toureni qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR