Türkiyədə polisə hücum edilib, yaralananlar var

Türkiyədə polisə hücum edilib, yaralananlar var
# 15 noyabr 2016 00:17 (UTC +04:00)

Türkiyənin Bingöl vilayətində polis maşını PKK terror təşkilatı üzvlərinin hücumuna məruz qalıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, əldəqayırma bomba polis avtomobili ərazidən keçən zaman işə salınıb.

Hadisə nəticəsində yaralanan 2 polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Terrorçuların tutulması üçün əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR