İtaliyada parlament seçkiləri keçirilir

İtaliyada parlament seçkiləri keçirilir
# 04 mart 2018 07:25 (UTC +04:00)

Bu gün İtaliyada parlamentin aşağı və yuxarı palatalarına seçkilər keçirilir.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 7-də açılıb, saat 23.00-da bağlanacaq.

Seçkilərdə İtaliya parlamentinin aşağı palatasına 630 deputat, yuxarı palatasına 315 senator seçiləcək.

Qeyd edək ki, fevralın ortalarında İtaliyada keçirilən rəy sorğularına əsasən sağ mərkəz partiyalarının bir araya gəldiyi blok seçkilərdə daha çox səs toplayacaq. İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin "İrəli, İtaliya!" Partiyası, Matteo Salvininin Liqa Partiyası, Corci Meloninin İtaliya Qardaşları Partiyası və Raffael Fittonun "İtaliya ilə Birgəyik" Partiyasının daxil olduğu bu blokun seçkilərdə 35,6 faiz səs toplayacağı proqnozlaşdırılır. Seçicilərin 28,6 faizinin "Beş Ulduz"-a, 22,6 faizinin Demokratik Partiyaya səs verəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR