Abşeronda kütləvi dava olub, üç nəfər bıçaqlanıb

Abşeronda kütləvi dava olub, üç nəfər bıçaqlanıb
# 01 dekabr 2017 09:57 (UTC +04:00)

Abşeronda kütləvi dava olub.

APA-nın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

Iki qrup arasında baş verən kütləvi dava zamanı Zabrat qəsəbə sakinləri - Yusif Xanquliyev, Rauf Bəkirov və Məmmədəli Babazadə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı onlara bıçaq xəsarəti yetirən şəxslərin Yardımlı rayon sakinləri - İlqar Dadaşov, Cəsur Səbzəliyev Əmrah Almazzadə və Qobustan rayon sakini Fərhad Şikarov olmaları müəyyən edilib.

Faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR