İyulda 105 dövlət əmlakı hərraca çıxarılacaq

İyulda 105 dövlət əmlakı hərraca çıxarılacaq
# 04 iyun 2018 10:11 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin 3 iyulda növbəti hərracı keçiriləcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hərraca 105 dövlət əmlakı çıxarılacaq. Bu dövlət əmlaklarına 21 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisə və obyektləri, 78 qeyri-yaşayış sahələri aiddir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla bərabər Ağcabədi, Astara, Yevlax, Zaqatala, Ucar, Tovuz və digər rayonlarda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, qida və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı isə 53 min manat ilə 1 milyon manat arasında dəyişir. Bu kateqoriyada ən yüksək ilkin qiymət təyin olunan dövlət əmlakı “Mingəçevir Qum Çınqıl”dır.

Bundan başqa, “Yevlax Tikinti Quraşdırma”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Şıxlar Broyler”, “Xosrov Metal Plastmas” da iri səhmdar cəmiyyətlərindəndir.

Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakının müxtəlif rayonlarında yerləşir. Həmin əmlakların ümumi faydalı sahəsi 11,2 kv.m ilə 446,8 kv.m arasında dəyişir.

Qeyd edək ki, hərrac barədə məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, komitənin rəsmi saytı (emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə aparılır.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs sifariş verə bilər. Belə ki, əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar Özəlləşdirmə portalı və komitənin internet saytında yerləşdirilir. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR