Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alan var

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alan var
# 24 oktyabr 2017 14:48 (UTC +04:00)

Bu gün günorta saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ” markalı avtomobillə “Shaqman” markalı yük maşını toqquşub. Hadisə zamanı “VAZ”ın sürücüsü xəsarət alıb.


Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR