Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstanda dövlət bayraqları endirilib
# 27 noyabr 2017 06:55 (UTC +04:00)

Bu gün Gürcüstanda noyabrın 24-də Batumidə “Leogrand” hotelində baş vermiş yanğınla bağlı matəm günüdür.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu gün səhər saatlarından hökumət binasında dövlət bayrağı endirilib.

Hökumət Administrasiyasının yaydığı məlumatda bildirilib ki, Gürcüstan hökuməti xalqla birlikdə “Leogrand” hotelində baş vermiş faciədə ölənlərin xatirəsini yad edir.

Dövlət bayraqları həmçinin Müdafiə Nazirliyi, Tbilisi meriyası və digər dövlət qurumlarının binalarında da endirilib.

Qeyd edək ki, ötən həftə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və 1 İran vətəndaşı olmaqla 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR