Visente Del Boske: “Real” “Liverpul”a 4:1 hesabı ilə qalib gələcək”

Visente Del Boske: “Real” “Liverpul”a 4:1 hesabı ilə qalib gələcək”
# 22 may 2018 15:18 (UTC +04:00)

“Real”ın sabiq baş məşqçisi Visente Del Boske Çempionlar Liqasının finalı ilə bağlı proqnoz verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis “Liverpul” önündə “kral klubu”nu şanslı sayır.

Del Boske hətta matçın hansı hesabla nəticələnəcəyini də proqnozlaşdırıb: “Real” Avropanın ən güclü komandasıdı. “Liverpul”da “Real”ın oyunçularını əvəz edəcək futbolçu görmürəm. Beyl, Benzema, Ronaldo, Asensio və Vaskes Salahdan güclüdülər. Ən pis halda eyni səviyyədədilər. “Real” finalda 4:1 hesabı ilə qalib gələcək”.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü mayın 26-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR