Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir

Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir
# 10 noyabr 2016 13:07 (UTC +04:00)


Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında cari il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş çərçivəsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Gürcüstanın Silahlı Qüvvələrin Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Medea Betaşvili və tibb taborunun komandiri tibb xidməti mayoru David Çabadze ilə görüşüb.


İşçi görüşdə Hərbi Tibb Xidmətləri üzrə birgə fəaliyyətlər planının hazırlanması ilə bağlı müzakirələr, eləcə də təcrübə və fikir mübadiləsi aparılıb.


Səfər çərçivəsində qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalını ziyarət edərək bölmə və şöbələrdə yaradılmış şəraitlə, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olublar. Bundan əlavə, onlar Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsini də ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR