Tovuzda ana və qızı dəm qazından zəhərlənib

Tovuzda ana və qızı dəm qazından zəhərlənib
# 25 dekabr 2016 17:44 (UTC +04:00)

Tovuzda dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abulbəyli kənd sakini, 1974-cü il təvəllüdlü Bəndəliyeva Vəsilə və onun qızı, 2003-cü il təvəllüdlü Bəndəliyeva Tamella dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və qız yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR