Avstriyada növbədənkənar parlament seçkiləri keçirilir

Avstriyada növbədənkənar parlament seçkiləri keçirilir
# 15 oktyabr 2017 09:05 (UTC +04:00)

Bu gün Avstriyada parlamentin aşağı palatasına növbədənkənar seçkilər keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçicilər yerli vaxtla saat 06.00-dan 17.00-a qədər 10 min seçki məntəqəsində səs verəcəklər.

Seçkilərdə 16 partiya və siyasi hərəkət iştirak edir. Parlamentdə təmsil olunmaq üçün 4 faizlik baryeri aşmaq lazımdır. Parlamentdə yerlər uğrunda əsas mübarizə sədri hazırkı baş nazir Kristian Kern olan Avstriya Sosial Demokrat Partiyası və sədri Avstriya xarici işlər naziri Sebastyan Kurts olan mühafizəkar Avstriya Xalq Partiyası arasında gedəcəyi proqnozlaşdırılır. Məhz S. Kurts bu ilin mayında növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü itlə çıxış edib. Müxalifətdəki Avstriya Azadlıq Partiyasının parlament əldə ediləcək yerlərin sayına görə üçüncü partiya olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR