ATƏT-in baş katibi: “Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik”

ATƏT-in baş katibi: “Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik”
# 21 noyabr 2017 00:32 (UTC +04:00)

“Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik”.

APA-nın xəbərinə görə, bunu “RBK”-ya müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger bəyan edib.

Baş katib bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin başçılığı ilə missiya təmas xəttində monitorinq aparır.

“Yaxın keçmişdə vəziyyətin gərginləşməsindən narahat idik. Mənim baş katib kimi rolum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səy göstərən Minsk Qrupunun həmsədrlərinin işinə dəstək verməkdir”, deyə T.Qreminqer vurğulayıb.

Qeyd edək ki, 56 yaşlı isveçrəli Tomas Qreminqer 2017-ci il, iyulun 18-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yeni baş katibi seçilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR