Əziz Orucovun apellyasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı açıqlanıb

 Əziz Orucovun apellyasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı açıqlanıb
# 29 yanvar 2018 11:50 (UTC +04:00)

"Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı açıqlanıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi xəbərə görə, apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası fevralın 6-na təyin edilib. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov sədrlik edəcək. Apellyasiya şikayətində Ə. Orucov barəsində bəraət hökmünü çıxarılması istənilib.

Ə. Orucov məhkəmə hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əziz Orucov ötən mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə. Orucov ittihamları qəbul etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR