Azərbaycan şirkətləri Rusiyada keçiriləcək "Neft-Qaz Kimya Forumu"na dəvət edilib

Azərbaycan şirkətləri Rusiyada keçiriləcək "Neft-Qaz Kimya Forumu"na dəvət edilib
# 07 may 2018 11:02 (UTC +04:00)

Rusiyada Neft-Qaz Kimya Forumu və "Qaz.Neft.Texnologiyalar-2018" sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan “APA-Economics”ə verilən məlumata görə, mayın 22-25-də Ufa şəhərində Rusiya Neft-Qaz-Kimya Forumu və "Qaz.Neft.Texnologiyalar-2018" sərgisi baş tutacaq.

"Azərbaycan şirkətləri sərgidə iştiraka dəvət olunurlar. Tədbirdə iştirakda maraqlı olan şirkətlər Azpromo-ya müraciət edə bilərlər", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR